Əməkdar artist Vasif Məhərrəmli qadınlarla bağlı açıqlaması ilə gündəmə gəlib.
"Xəbərin var?" verilişində qonaq olan müğənni kişi xəyanətindən söz açıb.
"Bizim mental dəyərlərimiz var. Bir qadın ərinin xəyanətini bağışlayırsa, qəhrəmandır. O qadın qəhrəman qadın sayılır. Ailəsini qorumaq, övladlarının gələcəyini, xoşbəxtliyini nəzərə alaraq bağışlayır. Bütün qohumlar da zəng edib başına and içir ki, halal olsun sənə" deyə, V.Məhərrəmli əlavə edib./Axşam.az
Tarix: 26 Oktyabr 2024, 14:09