TUSAŞ-da törədilən terror aktında iştirak etdiyi açıqlanan Mine Sevjin Alçiçekin HDP üzvü olduğu məlum olub.
“İki sahil” xəbər verir ki, 2014-cü ildə Hakkaridə HDP Mərkəz Rayon Başkanlığında idarəçilik etdiyi bildirilən terrorçu Alçiçekin də PKK terror təşkilatının təbliğatına yönələn yürüşlərdə və açıqlamalarda iştirak etdiyi müəyyən edilib.
7 aprel 2015-ci ildə şəhər mərkəzində terrorçunun dəfn mərasimində iki dəfə, 19 iyun 2015-ci ildə iki dəfə və 26 iyun 2015-ci ildə dəfn mərasimində iştirak etdiyi məlum olan Alçiçek PKK terror təşkilatının lideri Abdullah Öcalanın lehinə təşkil edilən yürüşdə iştirak edib.
ODemokratik Regionlar Partiyası (DBP) və HDP rəhbərlərinin 14 avqust 2015-ci ildə verdiyi dırnaqarası “özünüidarəetmə” bəyanatında Alçiçeyin də iştirak etdiyi bildirilib.
O, 2015-ci il avqustun 20-dən axtarışda olub.
Daxili İşlər Naziri Əli Yerlikaya TUSAŞ-a edilən xain terror aktında zərərsizləşdirilən iki terrorçunun terror təşkilatı PKK üzvləri Mine Sevjin Alçiçek və Ali Örek olduğunu açıqlayıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”