EN

II Pyotrun fərmanı Rusiya hərbi-tarixi arxivindən oğurlandı, yerinə saxtası qoyuldu

Naməlum şəxslər Moskvada Rusiya Dövlət Hərbi Tarix Arxivində saxlanılan imperator II Pyotrun ilk fərmanlarından birini oğurlayıblar. 

News24.az Qaynarinfo-ya xəbər verir ki, bu barədə "Telegram"dakı "112" kanalı məlumat yayıb.

Jurnalistlərin sözlərinə görə, söhbət Yeqor Famentsinin Sankt-Peterburq komendantı vəzifəsindən kənarlaşdırılması və bu vəzifəyə knyaz Qriqori Urusovun təyin edilməsi haqqında fərmandan gedir. Sənəd 1727-ci ilin sentyabrında nəşr olunub. Oğrular onu saxta sənədlə əvəzləyib.

"Qədim sənədin saxta olduğunu arxivin direktor müavini Vasilisa Denisova müşahidə edib. Bu, 11 yaşında taxta çıxan imperator Böyük Pyotrun nəvəsinin ilk fərmanlarından biri idi", deyə materialda qeyd edilir.

Sənədi kimin və nə vaxt saxtası ilə əvəz etdiyi hələlik məlum deyil. Baş verənlər fonunda arxiv əməkdaşları hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb, araşdırmalara başlayıblar.


Chosen
27
1
news24.az

10Sources