EN

Azərbaycan şirkəti Türkmənistanın əsas beynəlxalq konfransının baş tərəfdaşı olub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Aşqabadda "Türkmənistanın Neft və Qazı 2024" 29-cu Beynəlxalq Konfransı və Sərgisi öz işini başa çatdırıb.
Oxu.Az xəbər verir ki, tədbirdə 52 ölkədən dövlət qurumları, özəl şirkətlər, akademik və diplomatik dairələr, maliyyə institutlarından 800-dən çox nümayəndə iştirak edib.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov forum iştirakçılarına təbrik məktubu göndərib. Dövlət başçısı müraciətində qeyd edib ki, bu gün Türkmənistan bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olan hər kəsə mühüm imkanlar təqdim edir.
Forumda dövlət qurumlarının, özəl şirkətlərin, beynəlxalq iqtisadi və analitik təşkilatların nümayəndələri çıxış ediblər. Çıxışına iki qardaş ölkənin prezidentlərinə yaradılan imkana görə təşəkkür sözləri ilə başlayan "Caspian Logistics Solutions" və "AZCHEMCO" şirkətlər qrupunun sədr müavini Rifat Sultanzadə tədbir iştirakçılarına yeni həllər və innovativ layihələr haqqında danışıb. Bu layihələrin həyata keçirilməsi üçün "Türkmənkimya" və "Türkmənqaz" Dövlət Konserni ilə əməkdaşlıq xüsusi qeyd edilib.
Həmçinin şirkətin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlığı çərçivəsində şoranlaşmış torpaqların bərpası və kənd təsərrüfatına qaytarılması layihəsinin tarixindən bəhs edən videoçarx geniş ictimaiyyətə nümayiş etdirilib.
R. Sultanzadə bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının dünya ictimaiyyəti üçün əhəmiyyətini xüsusilə vurğulayıb və hər kəsi bu konfransa dəvət edib.
Konfransda Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Batır Amanov, Türkmənistanın Dövlət naziri - "Türkmənqaz" Dövlət Konserninin sədri Maksat Babayev, Türkmənistanın Energetika naziri Annageldi Saparov, Özbəkistanın Energetika naziri Jurabek Mirzəmahmudovun və digərləri çıxış edib.
Tədbir "Türkmənqaz" və "Türkmənnebit" Dövlət Konsernləri, Türkmənistanın Ticarət və Sənaye Palatası, "Türkməngeologiya" Dövlət Korporasiyası tərəfindən təşkil olunub.
"Türkmənistanın Neft və Qazı 2024" 29-cu Beynəlxalq Konfrans və Sərgisinin fəxri baş tərəfdaşı "Caspian Logistics Solutions" və "AZCHEMCO" şirkətlər qrupu olub.
Chosen
14
50
oxu.az

10Sources