EN

Həbsdə olan Saakaşvili: “Seçkilərdə qalib gəldik!”

Gürcüstan həbsxanasında saxlanılan respublikanın keçmiş prezidenti Mixail Saakaşvili ölkədə keçirilən parlament seçkilərində rəhbərlik etdiyi partiyanın qalibiyyətini elan edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Saakaşvili özünün “Facebook” hesabında paylaşım edib.

“Seçkilərdə qalib gəldik!

İstənilən manipulyasiyalara baxmayaraq, heç bir güzəştdən, heç bir geri çəkilmədən söhbət gedə bilməz, hücum edəcəyik!”, - sabiq prezident qeyd edib.

Qeyd edək ki, “Edisson Research” şirkətinin keçirdiyi “exit-poll”un nəticələrinə görə, “Saakaşvilinin koalisiyası” - 16,7%, hökumətə məxsus “Gorbi”nin "exit-poll" nəticələrinə əsasən isə 11,6% səs toplayıb.

bu gün Gürcüstanda parlament seçkiləri keçirilir. Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Giorgi Kalandarişvili bildirib ki, parlament seçkiləri ilə əlaqədar 3111 seçki məntəqəsi açılıb. Bunlardan 3044-ü Gürcüstandadır.

Bizim.Media

Chosen
40
4
bizim.media

7Sources