EN

"Gürcü Arzusu" qalib gəlir, müxalifət lideri sevinir

Ən qısa zamanda seçki baryerini keçən digər müxalifət partiyaları ilə birlikdə koalisiya hökumətinin yaradılması ilə bağlı danışıqlara başlayacağıq.

Axar.az xəbər verir ki, bu sözləri "Birlik - Milli Hərəkat"ın sədri Tinatin Bokuçava "Edison Research"in ekzit-poll nəticələrindən sonra deyib.

Onun sözlərinə görə, bu gün heç bir partiya qalib gəlmədi, ölkənin Avropa gələcəyi qazanıb və “Gürcü Arzusu” uduzub:

“Bu gün çox böyük qələbə günüdür. Bu gün həqiqətən böyük milli, Avropa qələbə günüdür. Baş verənlər aylarla, həftələrlə və bütün günboyu proqnozlaşdırdığımız kimi oldu. Zorakılığa baxmayaraq, Avropa qalib gəldi, Gürcüstan qalib gəldi. Bu gün “Gürcü Arzusu” uduzdu, Bidzina İvanişvilinin vaxtı bitdi".

Qeyd edək ki, artıq MSK-nın rəsmi nəticələri elan edilir. Hazırda bülletenlərin 69,94%-nin sayılmasından sonra hakim Gürcü Arzusu 52,98%-lə liderdir.

Zurabişvilinin qalib saydığı Avropa Gürcüstanının da daxil olduğu Birlik – Milli Hərəkat koalisiyası 9,08 faizlə Dəyişiklik üçün Koalisiyaya (11,99%) belə uduzur.

Chosen
76
3
axar.az

1Sources