EN

Kürdəmirdə eyni ərazidə baş verən iki qəzada yeddi nəfər xəsarət alıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Kürdəmirdə eyni ərazidə baş verən iki qəzada yeddi nəfər xəsarət alıb.
"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü, Yevlax rayon sakini, 34 yaşlı Qabil Famil oğlu Əkbərli Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton arakəsməyə çırpılıb.
Bundan sonra arakəsmədən qopan beton parçaları yolun digər hissəsinə tökülüb. Bu zaman əks yolda hərəkət edən "Lada" markalı nəqliyyat vasitəsinin sürücüsü, Ucar rayon sakini, 48 yaşlı Alim Hüseynalı oğlu Şüküralıyev həmin beton parçalarına çırpılıb.
Qəzada "Mercedes"də olan 3 nəfər, Yevlax rayon sakinləri, sürücü Qabil Əkbərli və onun sərnişinləri 44 yaşlı Amirə Vidadi qızı Bəhmənli və 67 yaşlı Gülsüm İbrahim qızı Alxanova, "Lada" markalı avtomobildə olan 4 nəfər, sürücü 48 yaşlı Alim Şüküralıyev və onun sərnişinləri, sürücünün qardaşı 51 yaşlı Asif Hüseynalı oğlu Şüküralıyev, 41 yaşlı Həsrət Nüsrət oğlu Mehdiyev, 44 yaşlı Emil Rəhim oğlu Qasımov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım briqadasının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Qeyd edək ki, qəza zamanı yol infrastrukturuna xeyli ziyan dəyib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Chosen
104
8
oxu.az

10Sources