Azərforum xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabadda ana doğuşdan sonra ölüb.
Sabirabad doğum evində Qalağayın kənd sakini, 2000-ci il təvəllüdlü Zamanova Zəhra Qara qızı uşaq dünyaya gətirdikdən sonra ölüb, körpə sağ qalıb.
Meyit müayinə olunmaq üçün Sabirabad morquna yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.