EN

Qəbələdə ağır qəza: 1 ölü, 1 yaralı var - FOTO

Qəbələ rayonunda ağır yol qəzası olub. Hadisə Ağdaş-Qəbələ avtomobil yolunun rayonun Soltannuxa kənd ərazisində, Əmili kənd istiqamətində baş verib.

DIN-in Şəki regional qrupundan Bizim.Media-nın yerli bürosuna verilən məlumata əsasən “VAZ 21015” markalı avtomobil sürət həddini aşdığından idarəetməni itirərək yoldan çıxıb.
 

Nəticədə avtomobildə olan bir nəfər hadisə yerində dünyasını dəyişib, digəri isə ağır bədən xəsarəti alıb.


Hadisə yerinə cəlb edilən Təcili Tibbi Yardım briqadasının köməyi ilə yaralı şəxs Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir.

Baş vermiş avtomobil qəzası ilə bağlı araşdırma aparılır.



Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Chosen
17
10
bizim.media

10Sources