EN

Gəncədə avtobusda əxlaqsız hərəkətlər edən manyakla bağlı DİN-dən AÇIQLAMA — VİDEO (YENİLƏNİB)

Gəncədə avtobusda əxlaqsız hərəkətlər edən manyak peyda olub.

Bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.

Bildirilib ki, hadisə 11 nömrəli avtobusda baş verib.

Belə ki, yaşlı kişi sərnişinlərin qarşısında qeyri-etik hərəkətlər edib.

***

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov münasibət bildirib:

“Görüntü ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar aparılmış, şəxsin Gəncə şəhər sakini, Ruhi-Əsəb Dispanserində qeydiyyatda olan Ə.Abbasov olması müəyyən edilib. 

Şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi təmin edilmişdir”.
 
Chosen
43
7
demokrat.az

8Sources