EN

ÇL-də hamını arxada qoydu

Çempionlar Liqasında əsas mərhələnin 3-cü turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib. Bu nominasiyada Vinisius Junior qalib gəlib.

UEFA-nın saytının məlumatına görə, namizədlərin siyahısına “Real”ın oyunçusundan başqa Takumi Minamino (Monako), Ticani Reynders (Milan) və Rafinya (Barselona) layiq bilinmişdi. Vinisius Dortmund “Borussiya”sı (5:2), Rafinya “Bavariya” (4:1) ilə oyunda 3 qol vurmuş, Reynders “Brügge” (3:1), Minamino isə “Srvena Zvezda” (5:1) ilə matçda dubl etmişdi. Qalib UEFA-nın saytında keçirilən səsvermə nəticəsində müəyyənləşib.

Chosen
11
1
football-plus.az

2Sources