EN

Mançini gözlənilən aqibətlə üzləşdi

Roberto Mançini gözlənilən aqibətlə üzləşib. Bir neçə gün əvvəl onun işini itirməyə çox yaxın olduğu haqda yayılan xəbər doğru çıxıb.

İtaliyalı mütəxəssis artıq Səudiyyə Ərəbistanı yığmasından qovulub. O, baş məşqçi vəzifəsinə ötən ilin yayında təyinat almışdı. Mançini ilə bağlanan müqavilənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulmuşdu. Bu səbəbdən 59 yaşlı məşqçiyə təzminat ödəniləcək. Yeri gəlmişkən, “Calcio e Finanza” nəşrinin bir neçə gün əvvəlki məlumatında istefaya göndərələcəyi halda italiyalının 30 milyon avro təzminat alacağı qeyd edilirdi.

Onun istefasına Səudiyyə Ərəbistanı yığmasının qeyri-qənaətbəxş nəticələr göstərməsi və komandanın əksər üzvləri ilə baş məşqçi arasındakı münasibətlərin pisləşməsi rəvac verib. Xatırladaq ki, hazırda DÇ-2026-nın seçmə turnirində C qrupunda 4 oyuna 5 xal toplayan komanda Yaponiya və Avstraliyadan sonra 3-cü yeri tutur.

Əlavə edək ki, bəzi mənbələr Səudiyyə Ərəbistanı Futbol Federasiyasının artıq Zinəddin Zidanla təmas qurduğunu iddia edir. Fransalı 2021-ci ildə “Real”dan ayrılandan sonra heç bir komandanı çalışdırmayıb.

Chosen
26
football-plus.az

1Sources