EN

Səyyah: “Qarabağda görülən işləri müşahidə etmək insana zövq verir”

"Biz bu gün səhər gəlmişik. Burada çoxlu qar olmasına və havanın soyuqluğuna baxmayaraq, özümü çox möhtəşəm hiss edirəm”.

Bunu APA-ya açıqlamasında Belçika vətəndaşı Yves Bouvienin başçılıq etdiyi Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik heyətindən olan səyyahlarından İsrail nümayəndəsi Rut Valovelski deyib.

O bildirib ki, mən özüm üçün yeni şəhər olan Kəlbəcərə də oldum:

“Burada sürətli tikinti işlərinin getdiyini görmək ecazkardır. Biz Laçın şəhərinə də səfər edirik. Burada görülən işləri müşahidə etmək insana zövq verir. Azərbaycanda ümumiyyətlə hər şey çox möhtəşəmdir".

Chosen
37
apa.az

1Sources