EN

"El-Klassiko"da irqçilik

"Barselona"nın futbolçusu Lamin Yamal İspaniya La Liqasının 11-ci turunda "Real"a oyunda irqçi təhqirlərə məruz qalıb.

“İki sahil” "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Real"ın arkeşləri matçın 77-ci dəqiqəsində Yamalın "Real"a qol vurmasından sonra onu təhqir etməyə başlayıblar.

İspaniya Futbol Federasiyasının Zorakılıqla Mübarizə Komissiyası məsələ ilə bağlı araşdırmaya başlayıb.

Qeyd edək ki, "Real" - "Barselona" matçı Kataoniya klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb. Yamal oyunda 3-cü qolu vurub.

Chosen
6
1
ikisahil.az

2Sources