İtaliya A seriyasının 9-cu turunda nəzərdə tutulan matçlardan biri baş tutmayacaq.
Şənbə günü keçirilməli olan “Bolonya” – “Milan” matçı təxirə salınıb. Buna İtaliyanın şimal-şərqində yağan güclü yağış və daşqınlar səbəb olub.
Bolonyada bir neçə gün əvvəl güclü leysan olub və fəsadları hələ də aradan qaldırılmayıb.
Matçın nə vaxt keçiriləcəyi ilə bağlı qərar hələlik açıqlanmayıb.