EN

“Gürcüstanda nə baş verdiyi aydındır. İvanişvili "KQB"-nın xüsusi əməliyyatını keçirdi..."

Gürcüstanda parlament seçkilərində baryeri keçən daha iki müxalifət partiyası Mərkəzi Seçki Komissiyasının nəticələrini tanımaqdan imtina edib. “Gürcüstanda nə baş verdiyi tamamilə aydındır. Bidzina İvanişvili "KQB"-nın xüsusi əməliyyatı keçirib. Seçkilər tamamilə saxtalaşdırılıb. Onlar xalqın səsini mənimsəyib, ölkəni Rusiya üçün hazırlayırlar. Bu işləməyəcək! Mən bu saxtakarlıqla razılaşmıram və razılaşa da bilmərəm... heç vaxt”. 
 
Moderator.az  "Newsgeorgia" nəşrinə  istinadla xəbər verir ki, bunu Lelo" partiyasının və "Güclü Gürcüstan" koalisiyasının lideri Mamuka Xazaradze bildirib.
 
İlkin məlumatlara görə, “Güclü Gürcüstan” 8,7% səs toplayır.
 
“Biz əsaslı şəkildə deyə bilərik ki, bu, təkcə İvanişvilinin Gürcüstan vətəndaşlarının iradəsini alçaltması deyil. Açıqlanan bu seçkilərin nəticələri gürcü xalqının iradəsini əks etdirmir”, - eks-baş nazir, “Gürcüstan naminə” partiyasının lideri Georgi Qaxariya keçirdiyi brifinqdə deyib.
 
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Qaxariyanın partiyası təxminən 7,8 faiz səs toplayır. “Gürcüstan Naminə” lideri qeyd edib ki, seçicilərin təhdid edilməsi, rüşvətxorluq, şəxsiyyət vəsiqələri ilə manipulyasiya, dövlət qulluqçularına və sosial müavinət alanlara təzyiq və hədə-qorxu gəlmə kimi pozuntular “sistemli” xarakter daşıyır.
 
“Təəssüf ki, bu, dünən olmadı və bir gündə də olmadı. Biz bu barədə çoxdan danışırıq, faktlarla, sübutlarla danışırıq və bunu tərəfdaşlarımıza, o cümlədən beynəlxalq müşahidəçilərə və yerli müşahidə missiyalarına çatdıracağıq”, - deyə o vurğulayıb.
 
Seçkinin nəticələrini Mixail Saakaşvilinin partiyasının rəhbərlik etdiyi “Dəyişiklik Koalisiyası” (10,9%) və “Birlik” koalisiyası (10,1%) da qətiyyən tanınmır. Onlar da etirazlarını bəyan ediblər.
 
Xatırladılır ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Seçkilərdə 18 partiya iştirak edib. Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, 12 ildir hakimiyyətdə qalan “Gürcü arzusu” 54% səs toplayır.
 
S.Laçın
Chosen
25
1
moderator.az

2Sources