EN

Yamal “El Klasiko”da tarixə keçdi

İspaniyanın “Barselona” klubunun gənc futbolçusu Lamin Yamal tarixə keçərək yeni rekorda imza atıb.Metbuat.az xəbər verir ki, Yamal La Liqanın 11-ci turunda keçirilən “El Klasiko”da “Real Madrid”ə qarşı qələbə qazandıqları matçda fərqlənib. O, bu qol ilə “El Klasiko”da qol vuran ən gənc futbolçu ünvanını əldə edib. Bu tarixi uğuru Yamal 17 yaş 106 günlüyündə ikən reallaşdırıb.

Qeyd edək ki, qarşılaşma “Barselona”nın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Chosen
28
metbuat.az

1Sources