EN

Gürcüstanın yeni parlamentinin ilk iclasının vaxtı açıqlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Gürcüstanda oktyabrın 26-da keçirilən seçkidən sonra formalaşan yeni parlament noyabrda ilk iclasını keçirəcək. Lakin hər şey Mərkəzi Seçki Komissiyasının səsvermənin yekun nəticələrini nə vaxt dərc etməsindən asılıdır".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili brifinqdə deyib.
"Mərkəzi Seçki Komissiyasının yekun protokolu olacaq, ondan sonra Konstitusiyaya görə, parlament 10 gün ərzində ilk iclasa toplaşacaq", - Papuaşvili qeyd edib.
Gürcüstan qanunvericiliyinə görə, 11-ci çağırış parlament fəaliyyətə başladıqdan sonra 10-cu çağırış parlamentin deputatlarının səlahiyyətlərinə xitam verilir.
Chosen
27
oxu.az

1Sources