EN

İrakli Kobaxidze: Gürcü xalqı yeganə, mübahisəsiz seçim etdi, sülhü seçdi

Gürcü xalqı yeganə, mübahisəsiz seçim etdi, o, sülhü seçdi və ölkənin inkişafını, parlaq Avropa gələcəyini seçdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə deyib.

“Bildiyiniz kimi, seçkilər hər bir ölkənin həyatında xüsusi əhəmiyyət kəsb edən bir məqamdır. Ən mühüm bu məqamlarda gürcü xalqı bizi dəstəklədi və seçkimizdə iştirak edən hər bir insana təşəkkür etmək istərdim”, - deyə Kobaxidze bildirib.

Baş nazirin sözlərinə görə, hakim partiya 1,12 milyon səs toplayıb ki, bu da 2012-ci ildən bəri rekord göstəricidir.

O vurğulayıb ki, ilkin məlumatların açıqlanmasından sonra müxalifət Mərkəzi Seçki Komissiyasının binası qarşısında toplaşmağa belə cəsarət etməyib, bu da “Gürcü Arzusu”nun inamlı qələbəsindən xəbər verir.

Baş nazir parlamentin adi qaydada işə başlayacağını vurğulayıb.

Chosen
8
10
yeniazerbaycan.com

10Sources