EN

Nasser Salimi: “Həndbol Azərbaycanda sevilir”

“Həndbol Azərbaycanda sevilir”.

İdman.biz xəbər verir ki, bunu "Kür" həndbol klubunun baş məşqçisi Nasser Salimi Avropa Kubokunun II mərhələsində Mingəçevirdə Kiprin “Parnassos Strovolu” klubuna 32:29 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, komanda oyunlara ciddi hazırlaşır: “Bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm. İnanıram ki, növbəti avrokubok oyunumuzda da qələbə qazanacağıq. Ümid edirəm ki, növbəti matçımızda da azerkeşlər yanımızda olacaq. Rəqibimiz hələ ki, bəlli deyil. Həmin komandanın adına növbəti həftə aydınlıq gələcək".

İdman.biz

Chosen
30
idman.biz

1Sources