EN

Colini yeni saçına görə topa tutdular - FOTO

Hollivud ulduzu Ancelina Coli yeni filmi "Maria" üçün dünyanın qırmızı xalçalarını fəth etməyə davam edir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisanın sözün əsl mənasında hər görünüşü qızğın müzakirələrə səbəb olur. Bu dəfə Coli Los-Ancelesdəki AFI festivalındakı görünüşü ilə gündəmə gəlib.

Ulduz bu dəfə premyeraya sevgilisi Akalasız qatılıb. O, fərqli saç düzümü edib. Son zamanlar yalnız düz saç düzümündən istifadə edən Ancelina fərqlilik edib. Ancelina birdən-birə 80-ci illərin görünüşlərini xatırladan qağınıq buruqlar edib. 

Onun bu görünüşü sosial şəbəkədə müzakirələrə səbəb olub. Colinin görünüşü izləyicilər tərəfindən bəyənilməyib. Onlar Ancelinanın dəbdən uzaq qaldığını yazıblar. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Chosen
34
milli.az

1Sources