EN

Gürcüstan prezidenti əhalini etiraza çağırdı

Gürcüstan Prezidenti Salome Zurabişvili parlament seçkilərinin nəticələrini tanımaqdan imtina edib və onların total şəkildə saxtalaşdırıldığını bəyan edib.

News365.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd olunur ki, Zurabişvili bazar ertəsi Tiflisdə parlament binası qarşısında əhalini etiraz aksiyasına çağırıb.

Xatırladaq ki, Gürcüstanda 26 oktyabrda keçirilən parlament seçkilərində hakim Gürcü Arzusu Partiyası 54,2% səslə qalib gəlib. Müxalifət seçkinin nəticələrini tanımadığını elan edib.

Chosen
7
2
news365.az

3Sources