EN

Azərbaycan NATO ilə siyasi cəhətdən fəal əməkdaşlığa üstünlük verir - XİN rəsmisi

Bakı. Trend:

Azərbaycan NATO ilə müxtəlif məsələlər ətrafında siyasi cəhətdənfəal əməkdaşlığa üstünlük verir.

Trend xəbər verir ki, bunuXarici İşlər Nazirliyinin Hərbi-Siyasi Məsələlər İdarəsinin rəisəvəzi Anar Mütəllimov Azərbaycanın NATO ilə TərəfdaşlığıÇərçivəsində Enerji Təhlükəsizliyi və İqlim Dəyişikliyi ilə bağlıBakıda keçirilən Forumda bildirib.

O qeyd edib ki, 2024-cü ildə Azərbaycanın qaz hasilatıümumilikdə 23 milyard kubmetr təşkil edib ki, onun da 9 milyardkumbetri Avropaya ixrac olunub.

"Azərbaycan Avropada təhlükəsizliyə önəm verilməsi istiqamətindəgötürdüyü öhdəliklərə sadiqdir. 30 illik müddətə baxdıqdaAzərbaycan ciddi irəliləyişlərə nail olub. Azərbaycan NATO iləmüxtəlif məsələlər ətrafında siyasi cəhətdən fəal əməkdaşlığaüstünlük verir".

A.Mütəlolimovun sözlərinə görə, Azərbaycan Avroatlantikbölgəsində təhlükəsizliyə önəm verilməsi istiqamətində öhdəliklərgötürüb. Bura həm təhlükəsizlik sektorunda islahat, həm ətrafmühit, həm sülh və təhlükəsizlik, həm də enerji təhlükəsizliyibaxımından etibarlı tərəfdaşdır. Azərbaycan uzun illər ərzində Şərqvə Qərb arasında körpü rolunu oynayıb.

"Artan tələbatları da nəzərə alaraq Azərbaycan Avroatlantikbölgənin enerji təhlükəsizliyinə töhvəsini davam etdirəcək. Ötən ilAzərbaycanın qaz hasilatı 23 milyard kubmetr idi və onun 9 milyardkumbetri Avropaya ixrac edilib.

COP29-a Prezidentliyi çərçivəsində Azərbaycan iki mühümistiqamətdə fəaliyyət göstərəcək. Onlardan biri öhdəlikləringenişləndirilməsi, digəri isə məqsədlərin artırılmasıdır. Birenerji təminatçısı kimi həm də ekoloji təhlükəsizliyə töhvə verməkmümkündür. Hesab edirik ki, bu müzakirələr məhsuldar olacaq", - ovurğulayıb.

Chosen
29
20
az.trend.az

10Sources