EN

İranın ali dini liderinin müşaviri İsrailin hücumundan sonra Qərblə bağlı açıqlama verib

Tehranın suverenliyinə hörmət edildiyi müddətcə İran Qərb ölkələri ilə əməkdaşlığa açıqdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İranın ali dini lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti Britaniyanın “Financial Times” nəşri ilə görüşündə deyib.

"İslam Respublikası İranla real qarşılıqlı fəaliyyətə can atan istənilən Qərb dövləti ilə əməkdaşlığa açıqdır", - o vurğulayıb.

İranın Ali Rəhbərinin müşavirinin sözlərinə görə, Tehran “Avropadan tutmuş Asiyaya və Afrikaya qədər istənilən ölkə ilə dostluğu alqışlayır”.

Chosen
22
operativmm.az

1Sources