EN

“Bank Respublika”nın işi məhkəmədə

“Bank Respublika” ASC ilə bağlı məhkəməyə müraciət olunub.

Tribunainfo.az xəbər verir ki, bankla bağlı bu dəfə iddianı bankın müştərisi Səfərov Əlövsət Ramazan oğlu qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. İddiaçı bankla kredit müqaviləsi üzrə mübahisə yaşayır.

Bankla bağlı iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 28 noyabr tarixində hakim Kamran Hüseynovun sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, məhkəməyə verilən “Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov, İdarə Heyətinin sədri isə Tariyel İsmayılovdur.

Tərəfləri dinləməyə hazırıq.

Nigar

 

Chosen
35
3
tribunainfo.az

4Sources