EN

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynayır ŞƏRH

Balanslaşdırılmış xarici siyasi kursunu ölkəmiz son dərəcə effektli şəkildə
həyata keçirir və dünya ölkələri ilə siyasi, iqtisadi, mədəni sahələrdə problemsiz
əməkdaşlığı qeyd olunanların təsdiqidir. Bununla yanaşı, rəsmi Bakı siyasi, iqtisadi
dialoqa açıq münasibət göstərir. Dünya birliyi, mötəbər təşkilatlarla qarşılıqlı
hörmət və ehtiram üzərində qurulan əməkdaşlıq Azərbaycanı beynəlxalq
münasibətlərin önəmli tərəfdaşına çevirib. Ölkəmiz həm Şərq və Qərb, o cümlədən
də Şimal və Cənubla milli maraqlarını qorumaqla fəal əməkdaşlıq edir. Bütün
bunlar da onu deməyə əsas verir ki, Azərbaycan beynəlxalq münasibətlərdə
çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır. Belə ki, bu, 2020-2023-cü illərdə
Qoşulmama Hərəkatına sədrlik dövründə tərəfimizdən əyani şəkildə nümayiş
etdirilib. Azərbaycan BMT-dən sonra dünyanın ikinci böyük təşkilatı olan
Qoşulmama Hərəkatına dörd il uğurla sədrlik edib, beynəlxalq münasibətlər
sistemində öz yerini xeyli möhkəmləndirib. Qoşulmama Hərəkatı mühüm
beynəlxalq təsisat olaraq hər bir kəsin səsinin dünya miqyasında eşidilməsinin
təməl prinsipidir. Azərbaycanın sədrliyi dövründə isə Hərəkatın institusional
inkişafı müşahidə olunmuşdur. Bu məqamda vurğulamaq yerinə düşər ki,
Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir
təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır.
Azərbaycan Qoşulmama Hərəkatının nisbətən yeni üzvü hesab
olunurdu.Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi müddətində bu
təşkilatın beynəlxalq aləmdə nüfuzu daha da yüksəldi, onun beynəlxalq gündəlikdə
duran qlobal məsələlərin həllində rolu daha da artdı. Sözügedən hərəkata uğurlu
sədrlik təcrübəsi hazırda Azərbaycana Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad
Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir. Bütün bu
nümunələr deməyə əsas verir ki, Azərbaycan BRICS müstəvisində də fəal
əməkdaşlıq həyata keçirəcək.
BRİCS təşkilatı iqtisadi bir təşkilatdır. Bu təşkilata üzv olan ölkələrə nəzər
saldıqda arealının geniş olduğunu görmək olar. 2006-cı ildə yaranan BRICS
təşkilatının 9 üzvü var. Bu təşkilatın builki sammitinə 36 ölkədən və 6 beynəlxalq
təşkilatdan nümayəndə heyətləri, həmçinin 22 dövlət başçısı və BMT-nin Baş
katibi Antonio Quterreş qatılıb. 2009-cu ildən bəri BRICS hər il rəsmi sammitlərdə
toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilib və
dünya əhalisinin təxminən yarısını, qlobal iqtisadiyyatın 1/4-dən çoxunu təşkil
edən nəhəng iqtisadi güc mərkəzidir. BRICS qlobal idarəetmənin
təkmilləşdirilməsinə və daha ədalətli beynəlxalq nizamın inkişafına töhfə verir.
Həmin təşkilat yarandığı gündən beynəlxalq münasibətlər sisteminin
demokratikləşməsinə xidmət edir. Həmçinin, ölkələrin beynəlxalq hüquq, ərazi
bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə
sadiq qalaraq, dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri dəstəkləyir, siyasi
gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını alır.
Bugünki dövrün əsas çağırışlarından biri bərpaolunan enerji mənbələrinə
investisiyaların yatırılmasıdır ki, burada da Azərbaycanın malik olduğu potensial,

əlaqələrin qurulması istiqamətində atdığı addımlar təqdir edilir. Bu, yeni
əməkdaşlıq formatının yaradılmasına, yeni körpülərin qurulmasına yol açır.
Respublikamız nəhəng enerji infrastrukturu yaradıb ki, bu, Avrasiyanın enerji
xəritəsini dəyişdirib. Öz coğrafi mövqeyindən istifadə edən Azərbaycan müasir
infrastruktur yaradaraq Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən
birinə çevrilib. Hazırda Azərbaycan istehsalçı olaraq tranzit ölkələr, o cümlədən
istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Enerji təhlükəsizliyi məsələsi
əlbəttə ki, milli təhlükəsizliyə bərabər bir məsələdir.Bu faktor hətta milli
təhlükəsizlik gündəliyində belə ən başlıca yeri tutur. Beləliklə Azərbaycan öz
resurslarını kifayət qədər inkişaf etdirir.
Azərbaycan bu gün özünü nəinki karbohidrogen ehtiyatları ilə təmin edir,
həmçinin uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında
müstəsna rol oynamaqdadır. Azərbaycan təkcə milli və regional səviyyədə deyil,
bununla yanaşı dünya enerji sistemində həlledici mövqe, transmilli enerji
bazarlarında özünəməxsus yer tutur.

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və
Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavin

Chosen
22
sesqazeti.az

1Sources