İraq İsrailin İrana zərbə endirmək üçün respublikanın hava məkanından istifadə etməsi ilə əlaqədar BMT-nin baş katibi Antonio Quterreşə və dünya təşkilatının Təhlükəsizlik Şurasına etiraz notası göndərib.
"Oktyabrın 26-da İsrailin İraqın hava sərhədlərini kobud şəkildə pozması və İrana zərbələr endirmək üçün ölkənin hava məkanından istifadə etməsi ilə əlaqədar Baş Katibə və BMT Təhlükəsizlik Şurasına rəsmi etiraz notası göndərib”, - deyə
İraq Nazirlər Kabinetinin rəhbəri Məhəmməd əl-Sudaninin ofisinin teleqram kanalında dərc olunan sənəddə deyilir.
Baş nazir həmçinin Xarici İşlər Nazirliyinə “İraqın suverenliyinin pozulmasını müzakirə etmək üçün ABŞ-la əlaqə saxlamağı” tapşırıb.
Cavid