EN

"Brent" markalı neftin kəskin ucuzlaşdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Brent" markalı neftin 1 barelinin qiyməti 28 oktyabr tarixinə 73 dollardan aşağı olub.
Bu barədə Oxu.Az "Bloomberg" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, qiymətdə müşahidə olunan 5%-dən çox ucuzlaşma İsrailin İrana cavab zərbəsindən sonra baş verib.
Xatırladaq ki, oktyabrın 26-na keçən gecə İsrail İranın hərbi obyektlərinə silsilə hava zərbələri endirib. Bu hücum İsrailin oktyabrın 1-də İran qüvvələrinin ölkəyə etdiyi hücuma cavabı olub.
Londonun ICE birjasında "Brent" markalı neftin dekabr füçerslərinin qiyməti bir barel üçün 73 dollardan aşağı olub(25 oktyabr tarixinə keçirilən satışda bu rəqəm təqribən 75 dollar təşkil edib), WTI markalı neftin qiyməti isə 68 dollar olub.
Chosen
25
50
oxu.az

10Sources