EN

Yeraltı nəqliyyatda niyə hər gün "tıxaca düşürük"?

Bakı. Trend:

Son günlər metroda yaranan nasazlıqların sayında artım müşahidəolunur. Bu problemlər sərnişin sıxlığına səbəb olur. Mənzil başınadaha sürətli çatmaq üçün istifadə edilən yeraltı nəqliyyat vasitəsiartıq öz effektivliyini itirir

Son günlərin aktual problemlərindən birinə çevrilənmetro yubanmalarının qarşısı necə alına bilər?

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuatxidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-in suallarınıcavablandırarkən bildirib ki, metroda baş verən problemlərinqatarla hər hansı ciddi bir bağlılığı yoxdur.

"Bu gün səhər saatlarında qatarda hər hansı bir nasazlıq yoxidi, bununla belə, bizim təlimat qaydalarımıza uyğun olaraq,maşinist sərnişinləri düşürür, qatarı yoxlayır, problem yoxdursa,yola davam edir. Sıxlıq varsa, sərnişini günahlandırmaq olmaz.Sərnişin mənzil başına çatmaq istəyir, bu səbəbdən qapılarıntutulub saxlanması halları olur. Qatarlar əsaslı təmir olunarkənmüasir İtaliya istehsalı olan avadanlıqlar qoşulur.

Son illərdə nasazlıqların sayı azalıb. Amma bu avtomatikidarəetmə sistemidir Maşinistin idarəetmə pultunda qapı ilə bağlıhər hansı bir siqnal varsa, maşinist mütləq buna reaksiyaverməlidiir. Burada sərnişin təhlükəsizliyi qatarın yubanmasındandaha vacibdir.

Bu gün baş verən hadisə gur saatda olub. İki xəttin yalnız birelektrik deposu var. Buna görə əvəzinə qatar yalnız "Nərimanov"elektrik deposundan verilir. Bu səbəbdən həmin qatar "Dərnəgül"əqədər hərəkət edib geri qayıdana qədər intervalı azaltmaq mümkünolmur. İndiki halda üçün əsl və yeganə səbəb budur. Gur saatda birqatarın xətdən çıxarılması məcburiyyəti yetərlidir ki, sıxlıq ifrathəddə yaxın olsun. Məsələ qatardan çox, infrastrukturla bağlıdır",- deyə o əlavə edib

Nəqliyyat məsələləri üzrə ekspert RaufAğamirzəyev Trend-in suallarını cavablandırarkən bildirib ki,şəhər mobilliyində axınların qarışması ciddi şəkildə müşahidəolunur.

"Bunun fərqli obyektiv və subyektiv səbəbləri var. Ümumi olaraq,demək olar ki, bizdə son zamanlar avtomobil nəqliyyatına diqqətdaha çox ayrılıb, avtomobil yolları çəkilib, avtomobilləşmənin sayıartıb və səfərlərin çox hissəsi avtomobillə təşkil olunur. Digərsərnişindaşıma növləri - avtobuslar, metro şəbəkəsi, şəhərətrafıelektrik qatarı şəbəkələri - istədiyimiz sürətlə inkişaf etmir vəbu da fəsadsız ötüşmür.

Sualı başqa cür qoya bilərik ki, niyə sıxlıq bu qədər çoxdur?Niyə məhz konkret olaraq bəzi stansiyalar daha çox yüklənir? Bu dametronun inkişafının şəhərin inkişafından geridə qalmasınınnəticəsidir. Metroya investisiya qoyulmalı, yeni xətlər tikilməli,şəhərin şərq və qərb tərəfinin əlaqələndirilməsində bir marşrutyox, üç marşrut formalaşdırılmalıdır.

Yeni tikilən "bənövşəyi xətt"in şəhər mərkəzinə çatdırılmasıvacibdir. Bu lahiyələr icra olunduğu təqdirdə, sərnişin axınıparçalanacaq. Yəni bir-iki stansiyanın daha çox yüklənməsi yox,bütün şəbəkədə bərabər paylanmasına və sərnişinlər üçün fərqlimarşrutlarla gediş imkanı yaradılmasına gətirib çıxaracaq. Ənönəmlisi isə interval 1-2 dəqiqə arası olacaq.

Digər məsələ yerin üstündə olan şəhərətrafı elektrik qatarıdır.Onun yerüstü metro funksiyasını daşıması üçün şəbəkəninsağlamlaşdırılması, sürətin, eləcə də, stansiya və qatarlarınartırılması istiqamətində investisiya yatırılmalıdır.

Beləliklə, şəhər ətrafındakı əsas yükü şəhərətrafı elektrikqatarı, şəhərin daxilində isə metro götürməlidir. Gələcəkdə isətramvayın əlavə olunmasına ehtiyac var ki, bu da metronun yükününazaldılmasına gətirib çıxaracaq. Yəni metroda bu gün baş verənlərfəsaddır, səbəb deyil. Səbəb metronun inkişafının zəif getməsidir.Yəni sərnişin axını qeyri-bərabər paylanıb və bugünkü mənzərəortaya çıxıb", - o bildirib.

Məqalədə:
Chosen
39
11
az.trend.az

10Sources