EN

Müxalifətə prezident başçılıq edəcək – Qonşuluqda GƏRGİNLİK

Gürcüstan prezidenti Salome Zurabaşvili seçkinin nəticələrini tanımadığını və xalqı etirazlara çağırıb. ABŞ-da seçkiyə şübhə ilə yanaşdığını və saxtakarlıq olduğunu elan etdi. Tribunainfo.az-ın xəbərinə görə, siyasi ekspert Məhəmməd Əsədullazadənin fikrincə, müxalifətin liderliyində prezident Zurabişvili durur.

“Vahid Milli Hərəkat partiyasi və digər müxalif partiyalar etiraz aksiyalarına başlayacaq. Bu etiraz aksiyaları sadəcə hökumətə təzyiq olaraq Avropa İttifaqı ilə əldə olunan razılaşmaları bir müddət davam etməsinə gətirib çıxaracaq. Amma Gürcüstanda inqilab gözlənilmir”,- ekspert belə deyir.
Onun sözlərinə görə, hakim Gurcu Arzusu partiyası parlamentdə növbəti prezident seçkisində Qərbə bağlı olmayan və hökumətdən tam asılı birini seçəcək: “Çünki indiyə kimi Gürcü Arzusu partiyasınin seçdiyi prezident özlərinə qarşı müxalifətə keçib. ABŞ və Avropa İttifaqı növbəti etiraz aksiyalarına dəstək verəcək. Amma Gürcüstan xalqının vahid şəkildə qəbul etdiyi müxalifət lideri olmadığı üçün proses sönük şəkildə davam edəcək. Gürcüstan da yeni hakimiyyət dəyişikliyi üçün Qərb ikinci Saakaşvili kimi lider yetişdirməlidir. Ümumiyyətlə, Cənubi Qafqaz dövlətlərində xalqlar ideoloji olaraq deyil, vahid lider ətrafında birləşməyə üstünlük veriblər.
Gürcüstan hökuməti Avropa İttifaqı və ABŞ -münasibətləri qaydaya salmağa çalışacaq. Qərb Gürcüstan hökumətinə tətbiq etdiyi qadağaları geri götürməyə tələsməyəcək”.

Asif

Chosen
13
tribunainfo.az

1Sources