Şanlı Zəfər tariximizin bu günü Zəngilanın Ağalı kəndinin azad edilməsi ilə bağlıdır.
Bizim.Media xəbər verir ki, 4 il öncə məhz bu gün, oktyabrın 28-də Ağalı kəndi işğaldan azad edilmiş digər yurd yerlərimizin sırasına qoşuldu.
Qələbədən sonra tez bir zamanda bu kəndin sakinləri öz doğma-yurd yuvalarına qovuşub, yeni evlərində yeni həyata başladılar.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi Ağalı kəndi ilə bağlı videoçarx paylaşıb.
Sözügedən videoda Ağalıda görülən quruculuq işləri və kənd sakinlərinin günlük həyatından kadrlar yer alıb.
Bizim.Media