EN

Ruslan Sabirli ölüm xəbərinin yayılma səbəbini AÇIQLADI

Bir neçə gün əvvəl öz sosial şəbəkə hesablarında ölüm xəbəri paylaşılan aktyor Ruslan Sabirli instaqramda canlı yayım açaraq məsələyə aydınlıq gətirib. 

Bizim.Media ”axşam.az”a istinadən xəbər verir ki, sənətçi telefonunun oğurlandığını və onunla bağlı belə bir paylaşım edildiyini deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Ruslan Sabirlinin ölüm xəbəri YAYILDI - FOTO


"Telefonumu ya oğurlayıblar, ya da itimişəm və kimsə tapıb. Həmin gün bir neçə tədbirdə olmuşam. Amma necə olub ki, telefon götürülüb, bilmirəm.

Yaxınlarım bilir ki, telefona parol da qoymuram. Bircə, bank kartlarımın parolunu dəyişdim. Dostlarımın telefonu ilə mesaj yazırdıq. Telefonumda intim yazışmalar, fotolar axtarıblar tapmayıblar. Mənə belə bir zərbə vurdular. Anam üçün qorxurdum. Saytlar yazmışdı, anam da stress keçirib. Bütün günümüz ağlamaqla keçdi. Dostlarım yardım etdi və bir gün sonra telefonumu tapa bildik. Telefonu mənə geri qaytardılar". 

Qeyd edək ki, bir neçə gün əvvəl aktyorun instaqram hesabında öldüyü ilə bağlı məlumat paylaşılmışdı. 

Bizim.Media

Chosen
11
5
bizim.media

6Sources