EN

Ermənistan, ABŞ və Fransa Hindistanın əsas silah idxalçısına ÇEVRİLİB

Ermənistan, ABŞ və Fransa 2023-2024-cü maliyyə ilində Hindistanın müdafiə məhsullarının ən böyük idxalçısına çevrilib.

Viral.az xəbər verir ki, bu barədə “The Times of India” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumatlara görə, Hindistanın dövlət və özəl şirkətləri 100-ə yaxın ölkəyə geniş çeşiddə silah, sursat və komponentlər ixrac edir. Ötən il satışların həcmi 2,6 milyard dollar təşkil edib.

Son Yazılar:

ABŞ-a ixrac əsasən alt sistemlərdən ibarətdir. Benefisiarlar sırasına qlobal təchizat zəncirlərinin bir hissəsi olaraq Hindistandan füzelajlar, qanadlar və digər təyyarə və vertolyot hissələri alan “Boeing”  və “Lockheed Martin” kimi qlobal müdafiə nəhəngləri də daxildir.

“Fransa, öz növbəsində, böyük miqdarda proqram təminatı və elektron avadanlıq idxal edir”, – mənbə qeyd edib.

Nəşrin məlumatına görə, son dörd il ərzində Ermənistan Hindistanla raketlər, artilleriya, raket sistemləri, radarlar, zirehlər və gecəgörmə cihazları, eləcə də geniş çeşiddə döyüş sursatları və artilleriya idxalı üçün bir neçə müqavilə imzalayıb. Ermənistan Hindistan istehsalı olan “Akaş” zenit-raket komplekslərinin ilk xarici alıcısı olub.

Braziliya “Akaş” sisteminin təkmilləşdirilmiş versiyalarının birgə istehsalı və birgə hazırlanmasında maraqlı olduğunu bildirib.

Chosen
8
6
viral.az

10Sources