Biləsuvarda məcburi köçkün ailələri üçün salınan şəhərcikdə qətl hadisəsi baş verib.
Ş.Şahverdiyevi qətlə yetirməkdə şübhəli bilinən 29 yaşlı Seymur Məmmədquliyevin anası Baku TV-yə danışıb.
Cəmilə Vəliyevanın sözlərinə görə, Şahin Şahverdiyev qızına elçi göndərib “yox” cavabı alandan sonra ailəyə qarşı nalayiq hərəkətlər edib və nəticədə oğlu onu qətlə yetirib:
“Hər gün gəlib sataşırdı, daş atırdı, hətta evə soxulurdu. Oğluma nalayiq mesajlar yazıb, təhqir edirdi. Axşam polislər gələndə bildim ki, bu hadisə baş verib”.
Daha ətraflı videoda: