EN

"Qərbi Azərbaycan doğma yurda qayıdışa şansımız var" – Mahirə Hüseynova

Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova "Çalxanqala: qaçqınların qayıdış həsrəti" layihəsi çərçivəsində "Qərbi Azərbaycandan Etnik Təmizlənmənin Sonuncu Mərhələsi (1987-1991). Çalxanqalaya köç" kitabının təqdimatında dəyərli fikirlərini bölüşüb.

QHT.az xəbər verir ki, Mahirə Hüseynova, Qərbi Azərbaycana olan bağlılığını vurğulayaraq, “Qərbi Azərbaycan doğma yurda qayıdışa şansımızın olduğuna görə cənab Ali Baş Komandana eşq olsun!” dedi. O, Qərbi Azərbaycandan olduğunu və babası İbrahim Mirzəli, tanınmış el ağsaqalı, şair olduğunu qeyd edərək, ailəsinin tarixi irsindən söz açdı.

“Dayım Həsən Mirzəyev Qərbi Azərbaycanın ilk araşdırmacılarından biridir,” – deyə professor, “O, araşdırmalarını ərəb əlifbası ilə yazıb, gizlədərək saxlayıb. Dəftərləri cirilib, pis vəziyyətə düşsə də, onları qoruyuram. Dərələyəz mahalının toponimləri, şivə sözləri və tarixi adları haqqında məlumatları latın əlifbasına tərcümə etdirmişəm. İki misra demək istəyirəm:
Əhvalını yazıram xoş Dərələyəz,
Axırda qalarsan boş Dərələyəz,” – deyərək, bu məlumatların gələcək tədqiqatçılar üçün dəyərli olacağını ifadə etdi.

 

Pərvanə Fərhadqızı

Chosen
56
qht.az

1Sources