Rusiya İstintaq Komitəsinin sədri Bakıda Rus Dram Teatrının keçmiş aktyoru İosif Tkaç və həyat yoldaşı Lyudmila Tkaçın qətlinin araşdırılması ilə bağlı azərbaycanlı həmkarları ilə əməkdaşlığın təşkil edilməsi barədə tapşırıq verib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
“Rusiya İstintaq Komitəsi ilə Azərbaycan Baş Prokurorluğu arasında imzalanmış ikitərəfli sazişləri və səmərəli əməkdaşlığı nəzərə alaraq, Komitə sədri hüquqi təminat və beynəlxalq əməkdaşlıq departamentinə qarşılıqlı fəaliyyətin təşkili barədə göstəriş verib. Azərbaycanlı həmkarlara cinayət işinin araşdırılmasında mümkün köməklik təklif edilir”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, oktyabrın 22-də Nəsimi rayonunda 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviç və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovna qətlə yetirilib.