EN

İş saatları ilə bağlı VACİB AÇIQLAMA – 6 SAAT…

u gün sürətlə dəyişən iş dünyası fərdlərin həyatını formalaşdıran mühüm faktordur və müasir cəmiyyətlərin əsas hissəsinə çevrilən sıx iş həyatı isə fərdlərin həyat keyfiyyətinin müəyyən edilməsində əsas rol oynayır. Son onillikdə aparılan araşdırmalar göstərir ki, iş həyatında daha çox vaxt keçirmək və artan stres səviyyələrinə məruz işçilərin sağlamlığına mənfi təsir göstərir.

Medianews.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan insan resursları üzrə konsultant İlkin Mirzəzadə iş saatlarının insanların həyatına təsiri barədə bir sıra nüanslara toxunub:

“İnsanın effektli işləməsi üçün işdə normal produktivliyi əldə etməsi üçün maksimum 6 saat işləməlidir. Gün ərzində bizdəki iş qrafiki 8 saatdır. 8 saat olmasına baxmayaraq, bunun 1-2 saatı mütləq surətdə çay, kofe fasiləsi, kişilərin siqaret fasiləsi olur. Həmçinin, digər məsələlərin işçilər arasında müzakirə vaxtı da buna daxildir. Buna görə də işçinin ən çox səmərəli olması üçün 6 saat işləməsi məqsədəuyğundur”.

Ekspert bildirib ki, 10-12 saat işləməyin həm mental, həm zehni, həm də işləmək balansı cəhətdən çox böyük fəsadları var:

“Birincisi, bu davamlı olduqda işçi özünü təzyiq altında hiss edir. İşçinin sosial həyatı olmur və kreativlik və s. barədə fikirləşmir. Belə olduqda o ancaq gediş-gəliş, yemək xərcləri haqda düşünür. Bundan əlavə, yolu da nəzərə alsaq, işçi müəyyən qədər tez oyanmalı, hazırlaşmalıdır. Həmçinin, yuxu rejimin də çıxanda işçiyə istirahət etməsi, asudə vaxtının olması üçün zaman qalmır. Və çox mənfi haldır ki, 6 günlük iş qrafiki ilə çalışanlar bu mövzuda çox böyük problemlərlə qarşılaşırlar. İşçi heyəti arasında gizli narazılıq olur. Heç bir şəxs 6 günlük iş qrafikindən daim razı deyil. Bütün bunların yaşanmaması üçün iş həyatında balanslılığa önəm vermək lazımdır. İş həmişə var. Yaxşı, keyfiyyətli işləmək üçün 12 saat işləməkdənsə, 6 saat çalışmaq daha uyğundur”.

Chosen
39
medianews.az

1Sources