EN

Prezident İlham Əliyev: Azərbaycan ilə Pakistan arasında müdafiə sənayesi sahəsində genişhəcmli əməkdaşlıqda uğurlu nəticələr olacaq

Azərbaycan ilə Pakistan arasında əməkdaşlığın, o cümlədən ticarət sahəsində əlaqələrimizin əsas istiqamətləri artıq müəyyənləşdirilib.

“Poliqon”un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanı qəbul edərkən deyib.

Prezident İlham Əliyev bildirib ki, özünün Pakistana dövlət səfəri zamanı Azərbaycanın bu ölkəyə 2 milyard ABŞ dolları məbləğində investisiya qoyuluşu imkanları barədə bəyanat verilib və bu sahədə sıx əməkdaşlıq hər iki tərəf üçün faydalı ola bilər.

Müdafiə sahəsində əməkdaşlığa toxunan Prezident İlham Əliyev bir müddət əvvəl artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilən JF-17C təyyarələrinə baxdığını məmnunluqla xatırlayaraq, onların dünya səviyyəsində ən yaxşı təyyarələrdən olduğunu deyib.

Dövlət başçısı bu hadisənin müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığımızın daha da gücləndirilməsi işinə xidmət etdiyini vurğulayıb.

Prezident İlham Əliyev müdafiə sənayesi ilə bağlı genişhəcmli əməkdaşlıqda, o cümlədən istehsal, investisiya, texnologiyalar sahələrində uğurlu nəticələrin əldə olunacağına əminliyini bildirib.

Chosen
7
8
poliqon.az

10Sources