EN

“Qəfil dedilər ki, məktəbdə qumbara partlayıb, şagirdlər və müəllim ölüb”-Misir Mərdanov

“Təhsil bizim cəmiyyətin və bütün cəmiyyətlərin ən geniş sahəsidir. Ən geniş əhatəsi olan sahədir. Təsəvvür edin ki, elə bir ev, ailə tapılmaz ki, orada təhsillə bu və ya digər şəkildə bağlılıq, əlaqəlilik olmasın. Bir evdə ya müəllim var, ya şagird var, ya tələbə var. Ona görə də hadisələr baş verir və qaçılmazdır” Bunu Moderator.az-a açıqlamasında AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq Təhsil Naziri, Fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov deyib. O daha sonra illər əvvəl baş verən hadisəni xatırlayıb.
 
“Heç yadımdan çıxmaz. 1999-cu ilin may ayı idi. Mənə belə bir xəbər gəldi ki, Sumqayıtda 8 nömrəli məktəbdə müəllimin yaxud şagirdin əlində qumbara partlayıb. Hansı ki, o şagirdlər həmin günü məktəbə atestat imtahanına gəlmişdilər. Müəllim və 5 nəfər şagird orada dünyasını dəyişmişdi. Belə hadisələr olub, olur və olacaq da” deyə o bildirib.
Chosen
36
1
moderator.az

2Sources