EN

Viktor Orban Tbilisiyə səfəri zamanı fitə basılıb

Gürcüstana rəsmi səfərə gələn Macarıstanın baş naziri Viktor Orban müxalifət tərəfdarları tərəfindən fitə basılıb.

Qaziler.az xəbər verir ki, bu barədə TASS-ın müxbiri hadisə yerindən məlumat verib.

Onun sözlərinə görə, insident parlament seçkilərinin nəticələrinə qarşı mitinqin keçirildiyi Rustaveli prospektində yerləşən “Tbilisi Marriott” otelinin yaxınlığında baş verib.

Agentliyin verdiyi məlumata görə, Orban oteldən çıxaraq maşına doğru gedərkən onun ünvanına fit və nalayiq sözlər eşidilməyə başlanıb. Daha sonra Macarıstan baş nazirinin korteji qorumaların müşayiəti ilə ərazini tərk edib.

Oktyabrın 28-də Macarıstanın Baş naziri Viktor Orban Tbilisiyə rəsmi səfərə gəlib.Orban Gürcüstanın hakim partiyasını seçkilərdə qələbəsi münasibətilə təbrik edən ilk Aİ siyasətçisi olub.

QAZİLER.AZ

Chosen
49
qaziler.az

1Sources