EN

Terrorçular 40 hərbçini öldürdü

Çadın Nigeriya ilə sərhəddə yerləşən Nqubua regionunda terror hücumu 40-dan çox hərbçinin həyatına son qoyub.

 

Modern.az xÉ™bÉ™r verir ki, faktı Çad Prezidenti Mahamat Ä°dris Debi dÉ™ tÉ™sdiqlÉ™yib.

 

Bildirilib ki, hücumu Boko Haram terror qruplaşması törədib. 200 nəfər şəxsi heyətin olduğu hərbi hissəyə hücum edənlər böyük miqdarda hərbi inventar və avtomobili məhv edib, ağır silahları aparıblar.

 

Terror hücumundan sonra ərazidə genişmiqyaslı antiterror əməliyyatları başlayıb.

 

Bu hücum Çad Prezidentinin orduda islahatlara başlaması ilə eyni vaxta təsadüf edir.

Chosen
4
6
modern.az

7Sources