EN

Avropa birinciliyi: Azərbaycan atletləri gümüş və bürünc medal qazanıblar

Azərbaycan atletləri Polşada keçirilən Avropa birinciliyində gümüş və bürünc medal qazanıblar.

"Report" xəbər verir ki, Tehran Məmmədov (67 kq) birdən qaldırma hərəkətində 133 kq-ı ram edərək gümüş medala sahib çıxıb.

Fuad Həsənov (67 kq) isə 131 kq-da birdən qaldırma hərəkətində 4-cü olub. O, təkanla qaldırmada 156 kq-ın öhtəsindən gələrək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

F.Həsənov toplam 287 kq (131+156) nəticə ilə yekun sıralamada bürünc medalı aktivinə yazdırıb.

Chosen
11
4
far.az

5Sources