EN

Qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru sürüşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakı Kənar Dairəvi 1 avtomobil yolunun sol tərəfindəki yamacda uçma hadisəsi baş verib. Proses üç gün bundan əvvəl başlayıb, bu gün son mərhələsi baş verib.

 

Bunu Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib.

 

Səhər saatlarında tərəfimizdən əraziyə baxış keçirilib, araşdırmalar aparılıb. Göründüyü kimi yamacın üst hissəsində, helikopter meydançasının arxasında asılı karniz struktur süxur kütləsi qopub 50 sm yerini dəyişmiş və stabil vəziyyətdə qalmışdı.

 

Lakin yol infrastrukturuna təhlükə törədə biləcəyi nəzərə alınaraq müvafiq qurumlar tərəfindən bu süxur kütləsinin ləğv edilməsi istiqamətində işlər aparılır, hazırda da bu işlər davam etdirilir və bu süxur kütləsinin daşınması həyata keçirilir.

 

Yol infrastrukturunda heç bir problem olmayıb, nəqliyyatın hərəkətinə maneə yaranmayıb.

Tarix: 28 Oktyabr 2024, 22:55   
Chosen
20
10
pravda.az

10Sources