EN

Azərbaycan və Sinqapur biznesin rəqəmsallaşması ilə bağlı Anlaşma Memorandumu imzaladı

Bakı. Trend:

Kiçik və orta biznesin rəqəmsallaşmasında Sinqapur təcrübəsiöyrəniləcək.

Trend xəbər verir ki, bubarədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) məlumatyayıb.

Bildirilib ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA)ilə Sinqapur dövlətinin “Singapore Cooperation Enterprise” qurumuarasında Anlaşma Memorandumu imzalanıb.

Memorandum Kiçik və Orta Biznesin (KOB) rəqəmsallaşdırılmasısahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafını nəzərdətutur.

Əməkdaşlıq çərçivəsində qurumlar rəqəmsal hökumət xidmətləri,siyasət və tənzimləyici çərçivələr istiqamətində bacarıqlarıninkişafı və bilik mübadiləsini həyata keçirəcəklər.

Qeyd edək ki, Sinqapur KOB-ların rəqəmsallaşması sahəsində geniştəcrübəyə malikdir və bu istiqamətdə 2017-ci ildən fəaliyyətgöstərir. Memorandumun məqsədi KOB-ların rəqəmsallaşdırılması vədigər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı inkişafetdirməkdir.

Chosen
40
5
az.trend.az

6Sources