EN

"Netanyahunun ən böyük qorxusu budur" - KİV

İsrail mətbuatı ölkənin baş naziri Binyamin Netanyahunun Qeysəriyyədəki evinə hücumdan sonra artan qorxuları barədə yazıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahu İsrail parlamentinin PUA-ların vurulacağından qorxur.

Xəbərə görə, Netanyahu Knessetdəki qapalı iclasda "Parlamentə pilotsuz təyyarə hücumu olsaydı, hara gedərdik? Ən çox qorxduğum şey PUA-lardır. Raketlərlə mübarizədə yaxşı sistemlərimiz var", - deyib. 

Baş nazirlikdən xəbərlə bağlı heç bir açıqlama verilməyib.

Xatırladaq ki, oktyabrın 19-da Livandan buraxılan üç kamikadze PUA-dan biri Netanyahunun Qeysəriyyədəki evinə dəyib və evin yataq otağı tərəfindəki güllə keçirməyən şüşəyə ziyan vurub.

İsrailin baş naziri və həyat yoldaşı həmin vaxt evdə olmadıqları üçün hücumdan təsirlənməyib. Hadisədən qısa müddət sonra İsraildə mövzu ilə bağlı yayım qadağası qoyulub və xəbərlər silinib. 

Gülayə Mecid 

Chosen
15
1
unikal.az

2Sources