İspaniya millisinin və “Mançester Siti”nin futbolçusu Rodrinin “Qızıl top” mükafatını qazanması ilə bir neçə seriya qırılıb.
İdman.biz xəbər verir ki, son 9 ildə ilk dəfə mükafatı 30 yaşadək olan oyunçu qazanıb.
28 yaşlı Rodridən əvvəlki 8 qalibin hamısı “30”u keçmiş futbolçular olub. Sonuncu dəfə 2015-ci ildə 28 yaşlı Lionel Messi “Qızıl top” sahib çıxıb.
30 yaşdan yuxarı futbolçuların seriyasını qıran Rodri ispaniyalıların 64 illik həsrətinə də son qoyub. 1960-cı ildən sonra ilk dəfə mükafatı bu ölkədən olan oyunçu qazanıb. Həmin vaxt “Barselona”nın yarımmüdafiəçisi Luis Suares ən yaxşı olub.
Rodri İngiltərə Premyer Liqasında çıxış etdiyi vaxt “Qızıl top” qazanıb. Belə hadisə sonuncu dəfə 16 il əvvəl yaşanıb. Həmin vaxt “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo ən yaxşı seçilib.
Qeyd edək ki, Rodri “Qızıl top” uğrunda mübarizədə Vinisius Juniorla Cud Bellinqemi qabaqlayıb.
İdman.biz