Xalq artisti Gülyaz Məmmədova evində çoxlu pişik saxlayır.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda onun bacısı, Xalq artisti Gülyanaq Məmmədova "Qonaqcanlı" verilişində deyib. O bildirib ki, bacısının evinə getmir:
"Qayınanalar nəvə oynadan yaşda nəvə olmursa, pişik oynadır. Gülyazın evində pişiklər var: ana, ata, balalar. Hətta xonça ilə gedib pişiyi evləndirib".
G.Məmmədova isə "Oğlumun 30 yaşı var. Evlənməyə gecikib. Amma özü tapıb evlənəcək. Uşağı 20 yaşında evləndirmək lazımdır" deyə, cavab verib.
Milli.Az