EN

"Türkiyənin NATO müttəfiqi olması ilə fəxr edirik" - Blinken

ABŞ dövlət katibi Entoni Blinken Türkiyə Cümhuriyyətinin qurulmasının 101-ci ildönümü münasibətilə Rəcəb Tayyib Ərdoğana məktub göndərib. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. 

Blinkenin Türkiyəyə təbrik məktubunda deyilir: "101 il ərzində ölkələrimiz arasında dostluq daha da möhkəmlənib, ümumi dəyərlərimiz və qarşılıqlı maraqlarımızla möhkəmlənib. NATO alyansı regional sülh və təhlükəsizliyin təməl daşıdır və Birləşmiş Ştatlar Türkiyənin 72 ildir NATO müttəfiqi olması ilə fəxr edir.

...Bu tarixi gündə sizinlə birlikdə Türkiyə Cümhuriyyətinin qurulmasını qeyd edir və xalqımıza, bölgəyə və dünyaya fayda verəcək daha bir əsrlik dostluq və müttəfiqliyi səbirsizliklə gözləyirik". 

Ağarza Elçinoğlu 

Chosen
29
unikal.az

1Sources