EN

Türkiyənin Dənizli vilayətində altı gündür meşə yanır

Türkiyənin Dənizli vilayətinin Mərkəzəfendi rayonunda başlayan yanğın altı gündür ki davam edir.

"İki sahil” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Tavas bələdiyyə sədri Kadir Tatık meşə yanğınları ilə mübarizəyə dəstək üçün vətəndaşlara müraciət edib.

Bələdiyyə sədri vətəndaşları su daşımağa çağırıb.

Qeyd edək ki, Dənizlidə indiyə qədər 400 hektar ərazi yanıb. Daxili İşlər Nazirliyi və Milli Müdafiə Nazirliyi yanğının söndürülməsi üçün səy göstərir. Yanğına havadan və qurudan müdaxilə edilir.

Chosen
13
6
ikisahil.az

7Sources