EN

Xameneinin dünən bağlanan hesabı açıldı

Xəbər verdiyimiz kimi, “X” sosial şəbəkəsi İranın ali lideri Əli Xameneinin ivrit dilində yeni açılan hesabını bağlayıb.

“Qafqazinfo”nun məlumatına görə, Xameneinin sözügedən hesabı yenidən bərpa olunub. 

Bununla belə, hesabda hələ yeni paylaşımın edilmədiyini görmək mümkündür. 

Xatırladaq ki, Xamenei ivrit dilində olan sözügedən hesabı bir neçə gün əvvəl yaratmışdı. O, həmin səhifədə paylaşımında İsrailin İrana hücumunu tənqid edib.

O bildirib ki, İsrail bununla səhvə yol verib. Paylaşımdan bir neçə saat sonra hesab “X” tərəfindən bağlanıb. Hesabın bağlanması “X”in qaydalarının pozulması ilə izah edilib. 


Chosen
36
3
qafqazinfo.az

4Sources